Mis Trampın Çin üçün yeni rüsumlar tətbiq etmək iddiası fonunda düşür

10:36 - 26.11.2024


26 noyabr, Fineko/abc.az. ABŞ-ın seçilmiş prezidenti Donald Trampın Çindən mallara əlavə ixrac rüsumları tətbiq etmək planlarından sonra mis qiymətləri aşağı düşür.

ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg yazır.

Tramp bildirib ki, ABŞ Çin mallarına 10% əlavə rüsum tətbiq edəcək. Bu, mis də daxil olmaqla əlvan metalların dəyərinə mənfi təsir göstərən dollar indeksinin artmasına səbəb olub.

Misin dəyəri ilə bağlı mənfi dinamika, metalların iri istehlakçısı olan Çinin zəif tələb perspektivləri ilə bağlı narahatlıq doğurur.

Mis London metal birjasında ton başına 0,6% azalaraq 8993,5 dollara düşür. Alüminium 0,9%, nikel isə 0,4% azalır.