Qazaxıstan Azərbaycana məxsus kəmərdən neft satışını həyata keçirə bilər

14:15 - 25.11.2024


25 noyabr, Fineko/abc.az. Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev qazax neftinin ixrac marşrutlarının inkişafı perspektivlərini təqdim edib.

ABC.AZ xəbər verir ki, parlamentdə keçirilən hökumət saatında çıxış edən nazir Bakı-Supsa neft kəmərindən istifadənin mümkünlüyü barədə danışıb.

A.Satkaliyev qeyd edib: “Bakı-Supsa neft kəmərinin imkanları nəzərdən keçirilir. Onun ötürmə qabiliyyəti ildə 5 milyon ton, mümkün tədarük həcmi isə ildə 3 milyon tona qədərdir”.

Qazaxıstanın energetika nazirinin sözlərinə görə, hazırda bu marşrutdan istifadə qiymətləndirmə və müzakirə mərhələsindədir.