15:00 - 22.11.2024
22 noyabr, Fineko/abc.az. 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan xarici ölkələrə 168,9 milyon dollar dəyərində 62,9 min ton alüminium ixrac olunub.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, alüminium ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 2,4 milyon dollar və ya 1,4% artıb, miqdar ifadəsilə 615 ton və ya 1% azalıb.
2023-cü ilin 10 ayında isə Azərbaycandan 166,5 milyon dollar dəyərində 63,5 min ton alüminium ixrac olunmuşdu.
1 kq alüminiumun orta ixrac qiyməti 2024-cü ilin 10 ayına görə 4,56 manat təşkil edib ki, bu da illik müqayisədə 10 qəpik (2,4%) artım deməkdir.
Ötən ilin eyni dövründə alüminiumun orta ixrac qiyməti 4,46 manata bərabər olub.
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026