Şadlıq saraylarında menyular 23 faizdən çox bahalaşıb

14:38 - 22.11.2024


22 noyabr, Fineko/abc.az. Ötən ay şadlıq saraylarında sifarişlərin və menyuların qiyməti artıb.

ABC.AZ xəbər verir ki, 2024-cü ilin oktyabr ayında şadlıq saraylarında sifarişlərin sayı 23.6 faiz artıb.

Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) bildiriblər.

Qeyd edilib ki, bu, Məhərrəmlik ayı başa çatandan sonra toy və şənliklərin mövsümünün başlaması ilə bağlı olub. Şadlıq saraylarında oktyabr ayında qiymətlər 7.4 faiz artıb.

Xüsusən 40 manatadək olan menyularda qiyməti daha çox artıb: 10.6 faiz. Qiyməti 40-80 faiz olan menyuların qiyməti 6.5 faiz yüksəlib.

Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 5.3 faiz artım qeydə alınıb.