Apple bu ölkəyə $100 milyon təklif edib — Səbəb

12:00 - 19.11.2024


19 noyabr, Fineko/abc.az. ABŞ-ın Apple korporasiyası İndoneziyaya iPhone 100 smartfonunun satışına qoyulan qadağanı aradan qaldırmaq üçün 16 milyon dollar investisiya təklif edib.

ABC.AZ xəbər verir ki, yeni investisiya həcmi Apple-ın ilkin təklifindən 10 dəfə çoxdur. Şirkət iki il ərzində Asiya ölkəsinə investisiya qoymağı planlaşdırır.

Oktyabr ayının sonunda xəbər verilmişdir ki, İndoneziya ölkədə iPhone 16 satışını qadağan edib. Bunun səbəbi kimi ölkədə istehsal olunan komponentlərin ən azı 40%-nin olmaması qeyd edilmişdi.