14:51 - 5.11.2024
5 noyabr, Fineko/abc.az. Dövlət Vergi Xidməti ƏDV bəyannamələrinin əvvəlcədən doldurulması (prifiling) sisteminin qısa müddətdə tətbiqini nəzərdə tutur.
ABC.AZ xəbər verir ki, bu barədə “Vergitutma” və “Biznesə daxilolma” indikatorları üzrə yol xəritələri çərçivəsində görülən işlərlə bağlı konsaltinq və hüquq şirkətləri, habelə ekspertlərin iştirakı ilə keçirilən görüşdə bildirilib.
Müzakirələrə “PwC Azerbaijan”, “Deloitte”, “Ernst & Young” və “KPMG Azerbaijan” şirkətlərinin nümayəndələri və müstəqil ekspertlər qatılıb.
“Vergi və hesabatlılıq” İşçi qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev “Business Ready” hesabatının “Vergitutma” indikatoru üzrə həyata keçirilən işlər barədə məlumat verib. Görüş iştirakçılarına vergi qaydalarının aydınlığı və şəffaflığı, ətraf mühiti vergiləri, vergi idarəetməsində rəqəmsallaşma, vergi auditi və mübahisələrin həlli mexanizmləri ilə bağlı təqdimat edilib.
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026