15:59 - 25.10.2024
25 oktyabr, Fineko/abc.az. Fransanın "Auchan" hipermarketlər şəbəkəsi Rusiyadakı biznesinin satışı ilə bağlı danışıqlar aparır.
ABC.AZ xəbər verir ki, şəbəkənin potensial alıcıları arasında milyarder iş adamaı Aleksey Mordaşovun adı çəkilir.
O, "Lenta" şəbəkəsinin ən böyük səhmdarı "Sever Group" holdinqinin Baş direktorudur.
O, "Severstal"və "Nord Gold" şirkətlərinin də sədridir.
Mənbəyə görə, başqa bir investor da "Auchan" mağazalarını almaq istəyir. Mənbə, müqavilə bağlanmazdan əvvə onun adını çəkməyib.
"Sever Group" şərh verməkdən imtina edib.
"Auchan Retail Russia" (Auchan-ın Rusiyadakı törəməsi) məlumatları "şayiələr" adlandırdıblar. "Auchan Retail Russia" şirkətinin nümayəndəsi qeyd edib: "Cavabımız dəyişməz olaraq qalır: biz şayiələri şərh etmirik". Beləliklə, şirkət, biznesin satışı ilə bağlı danışıqları birbaşa təkzib etməyib.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
8 Avqust 2026
10 Avqust 2026