10:50 - 24.10.2024
24 oktyabr, Fineko/abc.az. Banklar və “Azərpoçt” MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 356 min ədəd artaraq 18 milyon 923 min ədəd təşkil edib.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18.7% artıb.
Ödəniş kartlarında artım debet kartları üzrə 20.6%, kredit kartları üzrə 6.3% təşkil edib.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.6 dəfə artıb.
2024-ci ilin sentyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7,154 mln. manat təşkil edib.
26 Avqust 2026
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026