15:36 - 22.10.2024
22 oktyabr, Fineko/abc.az. Azərbaycanın ən iri qaz boru kəmərinin operatoru “Cənub Qaz Dəhlizi” QSC (SGC) 2024-cü ilin ilk yarısını 901.55 milyon ABŞ dolları dəyərində xalis mənfəət əldə edib. Bu keçən ilin eyni dövründə 727.04 mln. dollar idi.
ABC.AZ xəbər verir ki, hesabata əsasən, dövlət şirkətinin gəlirləri illik müqayisədə 17 faiz artımla 1 milyard 631.06 milyon dollara yüksəlib.
Şirkətin satışlarının maya dəyəri 365.62 mln. dollar olub. Şirkətin əməliyyat mənfəəti isə 1 mlrd. 7.79 mln. dollara çatıb.
17 Avqust 2026