16:48 - 18.10.2024
18 oktyabr, Fineko/abc.az. Moskva və Tehran Pezeşkianın Moskvaya ayrıca səfəri zamanı BRİKS sammitindən sonra əməkdaşlıq müqaviləsi imzalayacaqlar.
ABC.AZ xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali məlumat verib.
Diplomat qeyd edib ki, saziş artıq BRİKS-in Kazandakı sammitində imzalanmağa hazır olacaq, lakin Putin və Pezeşkian Aşqabadda razılaşıblar ki, sənəd ayrıca səfər zamanı imzalanacaq.
Cəlali xatırladıb ki, Rusiya prezidenti Pezeşkianı Rusiya Federasiyasına dəvət edib, İran prezidenti dəvəti qəbul edib.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026