10:25 - 16.10.2024
16 oktyabr, Fineko/abc.az. Çin elektron ticarət nəhəngi Alibaba, şirkətin Google, DeepL və ChatGPT məhsullarını üstələdiyini iddia etdiyi süni intellektə əsaslanan avtomatik tərcümə alətinin yenilənmiş versiyasını təqdim edib.
ABC.AZ xəbər verir ki, Alibaba International-dan verilən məlumata görə, Marco MT adlı bu yeni alət Flores benchmark əsasında qiymətləndirilib.
CNBC-nin yazdığı kimi, alətin yeni versiyası yalnız böyük dil modellərindən istifadə edir ki, bu da mədəni və ya sənaye terminləri kimi kontekstual ipuçlarını nəzərə almağa imkan verir. Alibaba International Digital Commerce Group-un vitse-prezidenti Kaifu Zhangın sözlərinə görə, alətin məqsədi satıcılar və alıcılar üçün dil maneəsini aradan qaldırmaqdır ki, bu da öz növbəsində platformaya müsbət təsir göstərəcəkdir.
Alət ərəb, çin, ingilis, alman, ispan və daha çox daxil olmaqla 15 dildə tərcüməni dəstəkləyir. Avropa və Amerikada, eləcə də inkişaf etməkdə olan bazarlarda məhsula yüksək tələbat gözlənilir.
Alibaba'nın beynəlxalq biznesi, ilk növbədə Cənub-Şərqi Asiyanı hədəf alan AliExpress və Lazada kimi platformaları əhatə edir. İyun ayında Alibaba-nın beynəlxalq bölməsi satışların 32% artaraq 4,03 milyard dollara çatdığını, Taobao və Tmall vasitəsilə daxili satışların isə 1% azaldığını bildirdi.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026