Banklardakı əmanətlərin 66 faizi manatdadır

16:28 - 15.10.2024


15 oktyabr, Fineko/abc.az. Mərkəzi Bankın məlumatına görə əhalinin banklardakı əmanətlərinin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,8 faiz artaraq 2024-cü il sentyabrın 1-nə milli valyuta ekvivalentində 14 milyard 185,5 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, əmanətlərin 66,1 faizi milli, 33,9 faizi xarici valyutada qoyulub.

Xarici valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz, milli valyutada olan əmanətlərin məbləği isə 16,9 faiz artıb.