Valyuta hərracında bankların tələbi 3,8% artıb

12:48 - 15.10.2024


15 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

ABC.AZ AMB-yə istinadən xəbər verir ki, oktyabrın 15-də keçirilən valyuta hərracında bankların tələbi 82,7 milyon dollar təşkil edib və tam təmin edilib.

AMB-nin məlumatına görə, bu, ötən hərracdan 3 milyon dollar (3,8%) çoxdur. Oktyabrın 10-da keçirilən valyuta hərracında AMB banklara 79,7 milyon dollar satıb.

Valyuta hərracının yekunları üzrə orta çəkili məzənnə 1,7000 AZN / USD təşkil edib.