Türkiyə Rusiya Federasiyasından polada antidempinq rüsumları tətbiq edib

16:16 - 14.10.2024


14 oktyabr, Fineko/abc.az. Türkiyə Rusiya, Çin, Hindistan və Yaponiyanın iri istehsalçılarından isti emal edilmiş yastı polad idxalına antidempinq rüsumları tətbiq edib.

ABC.AZ xəbər verir ki, Türkiyə Ticarət Nazirliyi müvafiq əməliyyatların təhlilini apardığını və qiymətlərin yerli sənayenin və istehsalçıların maraqlarına zərbə vurduğu qənaətinə gəldiyini bildirib.

Nazirlik tərəfindən tətbiq olunan və rəsmi hökumət qəzetində yayımlanan tədbirlər isti emal edilmiş yastı poladın demək olar ki, bütün nomenklaturasına aiddir. Rusiyaya münasibətdə Magnitogorsk metallurgiya zavodunun polad idxalına (CIF, Cost ınsurance and freight-ın gömrük dəyərinin 6,1%-i), Novolipetsk poladına (6,1%) və Severstal (9%) daxil olmaqla digər istehsalçılara əlavə tariflər tətbiq ediləcəkdir.