"Rabitəbank"ın kredit portfeli 93 milyon manata yaxın artıb

14:34 - 14.10.2024


14 oktyabr, Fineko/abc.az. 2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ilin 9 ayı ərzində (yanvar-sentyabr) "Rabitəbank" ASC-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 92 milyon 716 min manat və ya 12,8% artaraq 30 sentyabr 2024-cü il tarixində 813 milyon 875 min manat təşkil edib.

Bu barədə Bankın rüblük hesabatlarında qeyd edilib.

O cümlədən, "Rabitəbank"ın istehlak kreditləri portfeli 42 milyon 91 min manat artaraq 281 milyon 725 min manata, biznes kreditləri portfeli 33 milyon 965 min manat artaraq 379 milyon 370 min manata, ipoteka kreditləri portfeli 16 milyon 660 min manat artaraq 152 milyon 779 min manata çatıb. (Marja.az)