Rusiya və İran Mərkəzi Bankının rəhbərləri banklararası əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

15:07 - 11.10.2024


11 oktyabr, Fineko/abc.az. İran Mərkəzi Bankının sədri Məhəmməd Rza Fərzin Moskvada Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina ilə görüşüb, tərəflər iki ölkə arasında bank sahəsində əməkdaşlığın möhkəmləndirilməsini müzakirə ediblər.

ABC.AZ xəbər verir ki, bu barədə İran Mərkəzi Bankının nümayəndəsi Mostafa Qamari Vəfa bildirib.

"Mərkəzi Bankın rəhbəri Məhəmməd Rza Fərzin Rusiya Federasiyası Mərkəzi Bankının sədri Elvira Nabiullina ilə Moskvada BRICS ölkələrinin maliyyə nazirləri və Mərkəzi Bankının rəhbərlərinin görüşü çərçivəsində görüşüb. Tərəflər valyuta əməkdaşlığının gücləndirilməsi və ölkələr arasında banklararası qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər", - deyə Qamari Vəfa X sosial şəbəkəsindəki səhifəsində yazıb.