Şuşada maliyyə kəşfiyyatı üçün yüksək texnologiyaların tətbiqi ilə bağlı beynəlxalq forum keçirilib

15:52 - 10.10.2024


10 oktyabr, Fineko/abc.az.Türk Dövlətləri Təşkilatının (TDT) baş katibinin müavini, Təşkilatın üzv və müşahidəçi ölkələrinin maliyyə monitorinqi orqanlarının nümayəndələri və digər qonaqlar “Maliyyə kəşfiyyatı üçün yüksək texnologiyaların tətbiqi və məlumat mübadiləsi” mövzusunda beynəlxalq forumda iştirak etmək üçün Azərbaycana səfər ediblər.

ABC.AZ  xəbər verir ki, forumda TDT-nin üzv və müşahidəçi dövlətlərinin maliyyə kəşfiyyatı orqanları təmsil olunub. Tədbir çərçivəsində panel müzakirələr keçirilib, maliyyə kəşfiyyatı orqanlarının qarşılıqlı fəaliyyəti və qabaqcıl təcrübələrin tətbiqi haqqında fikir mübadiləsi aparılıb.