15:01 - 10.10.2024
10 oktyabr, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Ağdam rayonu, Çullu kəndində fəaliyyət göstərən, fiziki şəxs Quliyev Atalin Əvəz oğluna məxsus pendir istehsalı müəssisəsində plandankənar yoxlama keçirilib.
ABC.AZ xəbər verir ki, baxış zamanı, müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin təmin edilmədiyi, havalandırma sisteminin qurulmadığı, çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına əməl edilmədiyi, qida məhsulları ilə təmasda olan alət, avadanlıq və ləvazimatların təmiz saxlanılmadığı və s. aşkarlanıb.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026