Neft ucuzlaşır, Brent bir barelə $79,75 təşkil edir

09:40 - 8.10.2024


8 oktyabr, Fineko/abc.az. Əvvəlki sessiyanın nəticələrinə görə inamlı yüksəlişdən sonra çərşənbə axşamı ticarətdə etalon markaların qiyməti azalır.

Brent markalı neftin dekabr fyuçersi ICE Futures birjasında saat 09:25-də $1,18 (1,46%) azalaraq bir barelə $79,75-a düşüb. Oktyabrın 7-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin dekabr fyuçersləri $2,88 (3,69%) artaraq bir barelə $80,93-a çatıb.

NYMEX əmtəə birjasının ticarətində WTI neftinin noyabr fyuçersi saat 09:25-də $1,18 (1,53%), bir barelə $75,96-a düşdü. Oktyabrın 7-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin noyabr fyuçersləri $2,76 (3,71%) artaraq bir barelə $77,14-a çatıb.