15:38 - 1.10.2024
1 oktyabr, Fineko/abc.az. Mərkəzi Bankın xarici valyuta ehtiyatlarının həcmi 2024-cü ilin sentyabr ayı ərzində 12.3 milyon dollar və ya 0.10% artıb.
ABC.AZ xəbər verir ki, 30 sentyabr 2024-cü il tarixinə AMB-nin valyuta ehtiyatları 11 milyard 796 milyon dollara çatıb.
Bu ilin əvvəlindən 183 milyon dollar və ya 1.57%, son birildə isə 2 milyard 021 milyon və ya 21.6% artıb.
25 Avqust 2026