14:56 - 26.09.2024
26 sentyabr, Fineko/abc.az. Rusiyanın 2050-ci ilə qədər neft hasilatı hədəfi 540 mln. ton təşkil edəcək.
ABC.AZ xəbər verir ki, bunu Rusiyanın energetika nazirinin birinci müavini Pavel Sorokin bildirib.
Onun sözlərinə görə, bu hədəf Rusiyanın 2050-ci ilə qədər baza ssenarisində əksini tapıb.
Nazir müavini bildirib ki, qeyd olunanlara baxmayaraq, həcmlər ölkənin “OPEC+” çərçivəsində öhdəliklərindən asılı olaraq tənzimlənə bilər.
Nazir müavini qeyd edib ki, Rusiya həm 2030-cu, həm də 2050-ci ilə qədər tələbatın potensial artımına əminliklə yanaşır.
Xatırladaq ki, “OPEC+” Neft İxrac Edən Ölkələr Təşkilatını (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüsdür. Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.
18 Avqust 2026