Neft bahalaşır, Brent bir barel üçün $74,66 təşkil edir

09:25 - 24.09.2024


24 sentyabr, Fineko/abc.az. Çərşənbə axşamı keçirilən hərracda etalon markaların qiyməti yüksəlir.

Brent markalı neftin noyabr fyuçersləri ICE Futures birjasında saat 09:20-də $0,76 (1,03%) artaraq bir barelə $74,66-a yüksəldi. Sentyabrın 23-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin noyabr fyuçersləri $0,59 (0,79%) ucuzlaşaraq bir barelə $73,90-a çatıb.

NYMEX əmtəə birjasının ticarətində WTI neftinin noyabr fyuçersləri saat 09:20-də $0,84 (1,19%) artaraq bir barelə $71,21-a yüksəldi. Sentyabrın 23-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin noyabr fyuçersləri $0,63 (0,89%) ucuzlaşaraq bir barelə $70,37-a düşüb.