Rusiyada litium yeraltı sulardan çıxarılacaq

17:49 - 23.09.2024


23 sentyabr, Fineko/abc.az. “Rosnedra” sənaye sularında litium kəşfiyyatı üçün 15 lisenziya verib.

ABC.AZ xəbər verir ki, bu lisenziyalar çərçivəsində mineral yataqlarının axtarışı və qiymətləndirilməsi, mineral kəşfiyyatı və hasilatı da daxil olmaqla geoloji tədqiqat aparılacaq. 

Təbii Sərvətlər Nazirliyi vurğulayır ki, hazırda litium çıxarmaq üçün sənaye yeraltı sularının hasilatı həyata keçirilmir, lakin metal hasilatının iqtisadi səmərəliliyi müəyyən bir yataq üçün daimi şərtlərin texniki-iqtisadi əsaslandırılması materiallarında verilir və sənaye yeraltı su ehtiyatlarının hesablanması ilə birlikdə ehtiyatların dövlət ekspertizasına təqdim olunur.