Neft bahalaşır, Brent bir barel üçün $75,03 təşkil edir

09:40 - 23.09.2024


23 sentyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti ötən həftənin sonunda qalxdıqdan sonra bazar ertəsi hərracda yüksəlir.

Brent markalı neftin noyabr fyuçersləri ICE Futures birjasında saat 09:34-də $0,54 (0,72%) artaraq bir barel üçün $75,03-a yüksəldi. 20 sentyabr ticarətinin nəticələrinə görə, Brent neftinin noyabr fyuçersləri $0,39 (0,52%) ucuzlaşaraq bir barel üçün $74,49-a düşdü.

NYMEX əmtəə birjasının ticarətində WTI neftinin noyabr fyuçersləri saat 09:34-də $0,57 (0,80%) artaraq bir barel üçün $71,57-a yüksəldi. Sentyabrın 20-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin noyabr fyuçersləri $0,16 (0,22%) ucuzlaşaraq bir barel üçün $71,00-a düşüb.

Ötən həftə Brent markalı neft 4%, WTI isə 4,8% bahalaşıb.