Azərkosmos Çin şirkəti ilə müqavilə imzaladı - Detallar

16:32 - 18.09.2024


18 sentyabr, Fineko/abc.az. Azərkosmos və Çinin qlobal terminal istehsalçısı olan “StarWin” şirkəti arasında Azərbaycanda və regionda rabitə xidmətlərinin əhatəsini genişləndirmək məqsədilə müqavilə imzalanıb.

ABC.AZ xəbər verir ki, müqaviləyə əsasən, Azərkosmos müştərilərinə ənənəvi rabitə infrastrukturu olmayan uzaq bölgələrdə xidmət göstərəcək.

Bu xidmətlər “Azconnexus” peyk internet platforması və “StarWin” mobil peyk terminalları vasitəsilə təmin ediləcək.

Qeyd edək ki, “StarWin” şirkətinin terminalları həm hərəkətdə (Communication on the Move), həm də stabil formada (Communication on the Pause) peyk rabitəsini təmin edən avadanlıqlardır.