Neft bahalaşmağa davam edir, Brent bir barel üçün $80,21 təşkil edir

09:35 - 30.08.2024


30 avqust, Fineko/abc.az. Etalon markaların qiyməti cümə günü hərracda artır.

Saat 09:25 vəziyyətinə ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti $0,27 (0,34%), bir barel üçün $80,21-a yüksəldi. Avqustun 29-da keçirilən hərracların nəticələrinə görə, Brent neftinin oktyabr fyuçersləri bir barelə $1,29 (1,64%) artaraq $79,94-a çatıb.

Saat 09:25 vəziyyətinə NYMEX əmtəə birjasının ticarətində WTI neftinin oktyabr fyuçerslərinin qiyməti $0,25 (0,33%) artaraq bir barelə $76,16-a yüksəldi. Avqustun 29-da aparılan hərracların nəticələrinə görə, WTI neftinin oktyabr fyuçersləri $1,39 (1,87%) artaraq bir barel üçün $75,91-a yüksəldi.