10:06 - 15.08.2024
15 avqust, Fineko/abc.az. ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin oktyabr müqaviləsinin dəyəri 0,14% artaraq 1 barelə görə 79,87 ABŞ dolları təşkil edib
ABC.AZ xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,21% artaraq 1 barelə görə 77,14 ABŞ dollarına yüksəlib.