15:38 - 14.08.2024
14 avqust, Fineko/abc.az. 2024-cü ilin yeddi ayda neft-qaz sektoruna 3297,5 milyon manatlıq vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, yanvar-iyul aylarında ölkənin neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 0,4 faiz artıb.
Qeyd edək ki, 2023-cü ilin müvafiq dövründə sözügedən göstərici 3237,1 milyon manat səviyyəsində olub.