12:14 - 13.08.2024
13 avqust, Fineko/abc.az. Cari ilin yeddi ayında Azərbaycan 522,1 mln. kVt-saat elektrik enerjisi ixrac edib, bu da illik müqayisədə 2,45 dəfə azdır.
ABC.AZ Energetika Nazirliyinə istinadla xəbər verir ki, hesabat dövründə ölkə 112,4 mln. kVt-saat elektrik enerjisi idxal edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,7% azdır.
Qeyd olunur ki, bu ilin iyul ayında elektrik enerjisinin idxalı 16,9 mln. kVt-saat, ixrac isə 78,9 mln. kVt-saat təşkil edib