11:39 - 6.08.2024
6 avqust, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Neft Qaz Metan Tərəfdaşlığı”na (OGMP 2.0) qoşulub.
SOCAR-dan ABC.AZ-a verilən məlumata görə, bu tərəfdaşlığa qoşulmaqla SOCAR qlobal enerji sektorunda ətraf mühitin qorunması istiqamətində ən yaxşı təcrübələrin qazanılması, tətbiq olunması, habelə metan emissiyalarına dair daha ətraflı və beynəlxalq standartların tələblərinə uyğun hesabatvermə imkanı əldə edib.
Qeyd edək ki , OGMP 2.0 2014-cü ildə BMT-nin Ətraf Mühit Proqramı (“United Nations Environment Programme” – UNEP) tərəfindən təsis edilib. Proqram neft-qaz sənayesində metan emissiyalarına dair əhatəli ölçmə, emissiyaların azaldılması və hesabatlılığı özündə əks etdirən beynəlxalq platformadır.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026