10:26 - 26.07.2024
26 iyul, Fineko/abc.az. Qaxda “Qafqaz Beer CO” MMC-yə məxsus pivə istehsalı müəssisəsində yoxlama keçirilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) ABC.AZ-a verilən məlumata görə, müəssisədə sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulmasına dair ciddi nöqsanlar aşkarlanıb.
Belə ki, müəssisədə istehsal edilən pivə məhsullarının doldurularaq satışa çıxarıldığı çəlləklərin üzərində etiket məlumatlarının (istehsal tarixi, son istifadə müddəti, saxlanma şəraiti, tərkibi və s.) qeyd olunmadığı müəyyən edilib.
Faktla bağlı inzibati xəta haqqında protokol tərtib edilib. Müəssisədə istehsalın və hazır pivə məhsulunun satışının dayandırılması ilə bağlı “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” Qərar qəbul edilib.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026