12:14 - 22.07.2024
22 iyul, Fineko/abc.az. 2024-cü ildə dünya üzrə ən çox maaş alan liderlərin siyahısı dərc edilib.
ABC.AZ xəbər verir ki, sözügedən siyahını "Global Index" hazırlayıb.
Məlumata görə, siyahıda cari il üçün ən yüksək illik əməkhaqqıya sahib lider Sinqapurun Baş naziri Lourens Vonqdur. Onun bu ilin yekununda ümumilikdə il ərzində maaşının məbləği 1,6 milyon dollar müəyyənləşib.
Bu il üçün dünyada ən yüksək illik maaşı müəyyənləşən 11 liderin tam siyahısı isə belədir:
Lawrence Wong - Sinqapurun Baş naziri - 1,6 milyon dollar
John Lee Ka-chiu - Honq-Konqun lideri - 695 min dollar
Viola Amherd - İsveçrə prezidenti - 530 min dollar
Co Bayden - ABŞ prezidenti - 400 min dollar
Anthony Albanese - Avstraliyanın Baş naziri - 390 min dollar
Olaf Şolts - Almaniyanın Kansleri - 367 min dollar
Ursula fon der Leyen - Avropa Komissiyasının prezidenti - 364 min dollar
Karl Nehammer - Avstriyanın Kansleri - 307 min dollar
Castin Trudeau - Kanadanın Baş naziri - 292 min dollar
Christopher Luxon - Yeni Zelandiyanın Baş naziri - 288 min dollar
Fumio Kişida - Yaponiyanın Baş naziri - 256 min dollar