Belarusda "Belagro-2024" sərgisi açılıb

17:03 - 4.06.2024


4 iyun, Fineko/abc. az. "Belarus demək olar ki, 100% ərzaq təhlükəsizliyini təmin edir, adambaşına kənd təsərrüfatı məhsulları istehsalında dünya liderlərindən biridir".

ABC.AZ xəbər verir ki, bu barədə Belarus kənd təsərrüfatı nazirinin birinci müavini  Sergey Fedçenko, Minsk yaxınlığındakı Çin-Belarus Sənaye Parkının "Velikiy Kamen" Sərgi Mərkəzində 34-cü Beynəlxalq "Belagro-2024" sərgisinin təntənəli açılışında deyib.

İyunun 4-dən 9-dək Belarus aqrar-sənaye həftəsi çərçivəsində keçiriləcək sərgidə Belarus, Vyetnam, Qazaxıstan, Qırğızıstan, Çin, Monqolustan, Pakistan, Fələstin, Rusiya və Türkiyədən 500-ə yaxın şirkət iştirak edir.
Sərgidə bitkiçilik, heyvandarlıq və quşçuluğun inkişafındakı qabaqcıl istiqamətlər, məhsulların emalı, qablaşdırılması və saxlanması üçün müasir texnologiyalar, eləcə də kənd təsərrüfatı texnikasının müxtəlifliyi ilə tanış olmaq mümkündür.