İran Hörmüz boğazında qaydaları pozan gəmilərin yükünün 20%-ni müsadirə edəcək

22:53 - 22.09.2026


22 Sentyabr, Fineko/abc.az. İran Parlamenti Milli Təhlükəsizlik Komissiyası Hörmüz boğazında naviqasiya və keçid rejimini pozan gəmilərə qarşı sərt sanksiyaları nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Komissiyanın sözçüsü Həsən Qaşqavi bildirib ki, “Hörmüz Boğazının Təhlükəsizliyinin Təmin Edilməsinə Dair Strateji Fəaliyyət Planı”nın müvafiq maddələrinə əsasən, qaydalara əməl etməyən gəmilərin daşıdığı yükün 20%-i müsadirə olunacaq və ya eyni dəyərdə cərimə tətbiq ediləcək.

Cərimə ödənilmədiyi təqdirdə gəmilərin özləri də həbs edilə bilər. Sənədə əsasən, bu sahədə hüquqi tənzimləmələr İran Konstitusiyasının müvafiq maddələrinə uyğunlaşdırılıb, yeni qanunvericilik tələblərinin icrasına nəzarət isə bilavasitə İran Silahlı Qüvvələrinin Baş Qərargahına tapşırılıb.