17:03 - 4.06.2024
4 iyun, Fineko/abc. az. "Belarus demək olar ki, 100% ərzaq təhlükəsizliyini təmin edir, adambaşına kənd təsərrüfatı məhsulları istehsalında dünya liderlərindən biridir".
ABC.AZ xəbər verir ki, bu barədə Belarus kənd təsərrüfatı nazirinin birinci müavini Sergey Fedçenko, Minsk yaxınlığındakı Çin-Belarus Sənaye Parkının "Velikiy Kamen" Sərgi Mərkəzində 34-cü Beynəlxalq "Belagro-2024" sərgisinin təntənəli açılışında deyib.
İyunun 4-dən 9-dək Belarus aqrar-sənaye həftəsi çərçivəsində keçiriləcək sərgidə Belarus, Vyetnam, Qazaxıstan, Qırğızıstan, Çin, Monqolustan, Pakistan, Fələstin, Rusiya və Türkiyədən 500-ə yaxın şirkət iştirak edir.
Sərgidə bitkiçilik, heyvandarlıq və quşçuluğun inkişafındakı qabaqcıl istiqamətlər, məhsulların emalı, qablaşdırılması və saxlanması üçün müasir texnologiyalar, eləcə də kənd təsərrüfatı texnikasının müxtəlifliyi ilə tanış olmaq mümkündür.
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026