Aİ Rusiyaya qarşı sanksiyaları 3 illik uzadır — Usmanov və Fridman siyahıdan çıxarılır

22:45 - 22.09.2026


22 Sentyabr, Fineko/abc.az. Avropa İttifaqına (Aİ) üzv ölkələrin səfirləri Brüsseldə keçirilən görüşdə Rusiyaya qarşı 3 mindən çox fiziki və hüquqi şəxsi əhatə edən sanksiyaların müddətinin 36 ay (3 il) uzadılması barədə razılığa gəliblər. Normalda hər 6 aydan bir yenilənən məhdudiyyətlərin bu dəfə daha uzun müddətə uzadılması yekdil qərarla təsdiqlənib.

Eyni zamanda, Aİ milyarderlər Əlişer Usmanov və Mixail Fridmanın sanksiya siyahısından çıxarılması qərara alınıb. Slovakiya və Fransanın Usmanovun, Lüksemburqun isə Fridmanın siyahıdan çıxarılması tələbinə əvvəlcə veto qoyulsa da, son səsvermədə Latviyanın tərəfsiz qalması ilə qərar qəbul edilib.

Sanksiyaların ləğvi və uzadılması barədə rəsmi qərarın prosedurlar yekunlaşdıqdan sonra elan ediləcəyi gözlənilir.