10:17 - 8.08.2018
8 avqust, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti 0,20 (0,27%) dollar yüksəlib.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 75,35 dollar təşkil edir.
“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.
“NYMEX” birjasında “WTI” markalı neftin sentyabr fyuçersinin qiyməti 7 avqust tarixli ticarətin nəticəsində 0,16 dollar (0,23%) yüksələrək bir barelə 69,17 dollar təşkil etmişdir.
“ICE” birjasında “Brent” markalı neftin oktyabr fyuçersinin qiyməti, 7 avqust tarixli ticarətin nəticəsində 0,90 dollar (1,22%) yüksələrək bir barelə 74,65 dollar təşkil etmişdir.
Neftin “Brent” və “WTI” markaları arasındakı qiymət fərqi 7 avqust tarixli ticarətin nəticəsində 5,48 dollar / barelə təşkil edir.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026