12:11 - 23.07.2018
23 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı keçirib.
AMB-dan təqdim edilən məlumata əsasən, bugünki hərracda 350 milyon manat cəlb etmək mümkün olub.
“Depozit hərracında təklif 877,58 milyon manat təşkil edib. Orta ölçülmüş faiz dərəcəsi 8,01% təşkil edib”, - AMB-in məlumatında belə deyilir.
Vəsaitlər 14 gün müddətinə cəlb edilib.