ABŞ Tinian adasındakı aviabazanı bərpa edir

12:22 - 22.12.2023


22 dekabr, Fineko/abc.az. ABŞ Hərbi Hava Qüvvələri və ABŞ ordusunun mühəndis bölmələri yaxın vaxtlarda Tinian adasındakı North Airfield aviabazasını bərpa edəcək.

ABC.AZ xəbər verir ki, bu adadan 1945-ci ildə B-29 Bockscar bombardmançısı Yaponiyanın Naqasaki şəhərinə atom bombası atmışdı.

Bu barədə ABŞ-ın Sakit okean Hərbi Hava Qüvvələrinin komandanı general Kennet Villsbax bildirib.