11:58 - 11.12.2023
11 dekabr, Fineko/abc.az. Azərbaycan Türkiyə İş Adamları Birliyinə (ATİB) yeni sədr seçilib.
Bu barədə ATİB-dən ABC.AZ-a bildirilib ki, bununla bağlı keçirilən ümumi yığıncaqda İdarə Heyətinin sədr müavini Mürsəl Rüstəmov İdarə Heyətinin sədri seçilib.
O, bu vəzifədə Cemal Yanqını əvəz edib. Cemal Yanqın isə ATİB-in fəxri sədri seçilib. Bundan əlavə, ATİB-in İdarə Heyətinə iki yeni üzv də seçilib.
Bunlar TAC MMC-dən Sürəyya Verdiyeva və MGM Groupdan Muhammed Güvendir. Qeyd edək ki, bununla da ATİB-in İdarə Heyətinin üzvlərinin sayı 9 olub.
8 Avqust 2026
8 Avqust 2026