Azərbaycanda süfrə marqarininin qiyməti ucuzlaşıb

17:32 - 7.12.2023


7 dekabr, Fineko/abc.az. Azərbaycanda oktyabr ayında süfrə marqarininin qiyməti ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, bu ilin oktyabr ayında 1 kq süfrə marqarinin orta qiyməti 5.33 manat. olub.

Bu ötən ilin eyni dövrü ilə müqayisədə 0.56 manat, yəni 9,6% ucuzdur. Ötən ilin oktyabr ayında 1 kq süfrə marqarinin orta qiyməti 5.89 manat idi.

Yerli marqarinin 1 kq-nın qiyməti 5.20 manat, idxal marqarininin qiyməti isə 5.39 manat təşkil edib.

Qiymətlər müvafiq olaraq 0.55 manat (9.5%) və 0.62 manat (10.3) manat ucuzlaşıb.

Ötən ilin oktyabr ayında yerli marqarin 5.75 manata, idxal marqarin isə 6.01 manata satılıb.