Sığorta haqları azalan şirkətlərin reytinqi - SİYAHI

15:05 - 22.11.2023


22 noyabr, Fineko/abc.az. 2022-ci ilin eyni ayları ilə müqayisədə 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın 20 sığorta şirkətindən 5-nin sığorta haqları azalıb.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd edilib. Hesabat dövründə sığorta şirkətlərinin 15-nin yığdığı haqlar isə artıb.

Sözügedən dövrdə "A-Qroup Sığorta Şirkəti", "Bakı Sığorta", "İpək Yolu Sığorta", "AzSığorta" və "Xalq Sığorta"nın yığımları azalıb.

Belə ki, "A-Qroup Sığorta Şirkəti"nin yığımlarında 8 faiz,  "AzSığorta"da 27 faiz, "Bakı Səğorta"da 19 faiz, "İpək Yolu Sığorta"da 20 faiz, "Xalq Sığorta"da isə 45 faiz azalma qetdə alınıb.

Müəllif: Elmir Murad