Neft sabitdir, Brent bir barel üçün $82,46 təşkil edir

09:15 - 22.11.2023


22 noyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti çərşənbə günü hərracda sabitdir.

London ICE Futures birjasında Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti saat 09:13 – ə qədər $0,01 (0,01%) artaraq bir barel üçün $82,46-a çatıb. Noyabrın 21 - də keçirilən ticarətdə Brent markalı neftin yanvar fyuçersləri $0,13 (0,16%) artaraq bir barel üçün $82,45-a çatıb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin yanvar fyuçerslərinin qiyməti saat 09:13 – ə qədər $0,03 (0,04%) artaraq bir barel üçün $77,80-a yüksəldi. 21 noyabr ticarətinin nəticələrinə görə, WTI neftinin yanvar fyuçerslərinin qiyməti $0,06 (0,08%) azalaraq bir barel üçün $77,77-a düşüb.