Azərbaycanda “İPhone 14 Pro” modeli Gürcüstandakından 37%, Ermənistandakından isə 52% baha satılır

10:55 - 11.09.2023


11 sentyabr, Fineko/abc.az. İnsanların həmişə marağında olan “iPhone”un sonuncu modeli “iPhone 14” müxtəlif ölkələrdə fərqli qiymətlərə satılır.

ABC.AZ xəbər verir ki, telefon qiymətlərindəki fərqlər bir çox hallarda ölkələrin tətbiq etdiyi rüsumlarla bağlı olur. Bəzi ölkələr xaricdən idxal olunan telefonlara yüksək, bəzi ölklər isə aşağı rüsum tətbiq edirlər. Bəzi ölkələr isə idxal olunan telefonları rüsumlardan azad ediblər.

Ekonominfo saytı Azərbaycan və ona qonşu olan ölkələrdə sözügedən modelin qiymətlərini araşdırıb. Məlum olub ki, Gürcüstan və Ermənistanda da “iPhone 14” telefonları fərqli qiymətə satılır.

Müqayisə üçün hər 3 ölkədə satılan qara rəngli, 256 GB yaddaşı olan “iPhone 14 Pro” modelinin qiymətini təqdim edirik:

Ölkələr Mağazalar “iPhone 14 Pro” 256 GB -milli valyutada “iPhone 14 Pro” 256 GB -dollar ilə
Azərbaycan “Kontakt Home” 3 049,99 manat 1 794 dollar
Gürcüstan “iPlus” 3 399 lari 1 307 dollar
Ermənistan “Allcell” 454 500 dram 1 183 dollar

Qiymətlərdən də göründüyü kimi, 256 GB yaddaşı olan “iPhone 14 Pro” modelinin qiymətini Azərbaycanla müqayisədə Gürcüstanda 37%, Ermənistanda isə 52% ucuzdur.