Cari ildə 122,2 mln. dollarlıq alüminium ixrac edilib

14:09 - 21.08.2023


21 avqust, Fineko/abc.az. Bu ilin yeddi ayında 46 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixracın dəyəri 122,2 milyon dollar təşkil edib.

Qeyd edək ki, keçən ilin müvafiq dövründə dəyəri 145 milyon dollar olan 39,4 min ton və ondan hazırlanan məmulatlar ixrac edilib.