11:46 - 21.08.2023
21 avqust, Fineko/abc.az. Cari ilin yeddi ayında 73,8 min ton qara metal və ondan hazırlanan məmulatlar ixrac edilib.
Bu barədə ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir.
Qeyd olunur ki, ixrac edilən qara metal və ondan hazırlanan məmulatların dəyəri 69,5 milyon dollar olub.
Xatırladaq ki, 2022-ci ilin müvafiq dövründə dəyəri 83,2 milyon dollar olmaqla 90,5 min ton qara metal və ondan hazırlanan məmulatlar ixrac edilib.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026