16:21 - 8.08.2023
8 avqust, Fineko/abc.az. Bakı şəhərində keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinin ilə bağlı Azərbaycana gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurları sadələşdirilir.
ABC.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sənədə əsasən, 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycana gələn və bu Sərəncamın 2-ci hissəsində qeyd olunan müvafiq sənədləri təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü il sentyabrın 20-dən oktyabrın 7-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.