14:16 - 14.07.2023
14 iyul, Fineko/abc.az. Qeydiyyata alınan dərmanların tənzimlənən qiymətlərdən baha satılmasının qadağan olunmasına dair layihə ilk oxunuşdan keçib.
ABC.AZ xəbər verir ki, bununla bağlı "Dərman vasitələri haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılıb.
Belə ki, təklif olunan dəyişikliklə dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən yuxarı qiymətlərlə satılması qadağan edilir.
Layihə səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026