Azərbaycan bu ölkədən də smartfon alır

14:45 - 11.07.2023


11 iyul, Fineko/abc.az. 2023-cü ilin yanvar-may aylarında Çexiyadan Azərbaycana 40,98 min ədəd smartfon idxal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 63,3% çoxdur.

ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, Çexiya Statistika İdarəsindən verilən məlumata görə, hesabat dövründə Çexiyadan Azərbaycana 33,533 milyon avro dəyərində (artım 83,7%) smartfon idxal edilib.

Yanvarda Azərbaycana 5,351 milyon avro dəyərində 5,513 min ədəd, fevralda 8,276 milyon avro dəyərində 9,380 min ədəd, martda 8,031 milyon avro dəyərində 10,937 min ədəd, apreldə 5,828 milyon avro dəyərində 7,357 min ədəd, mayda 6,048 milyon avro dəyərində 7,793 min ədəd smartfon idxal edilib.