Bu lombard şirkəti borca girir

16:13 - 5.07.2023


5 iyul, Fineko/abc.az. Azəraycanda “Sizin Lombard” brendi ilə bazarda lombard krediti verən “GL” ASC son illərdə ölkə bazarında ən yüksək faiz gəliri təklif edən dollar istiqrazları buraxır. 

ABC.AZ xəbər verir ki, bununla bağlı “GL” ASC-nin emissiyasında bildirilib. Emissiya prospektində qeyd edilir ki, “GL” hər biri 1000 ABŞ dolları olan 1 500 ədəd faizli, təminatsız, sənədsiz adlı səhm buraxacaq.

İstiqrazlar illik 15%-lik gəlirliliklə 5 il tədavül müddətini əhatə edəcək.

15%-lik gəlirlilik hazırda hətta manatda belə məhdud saydadır.

“GL” ASC bundan öncə isə 400 min ABŞ dolları həcmində istiqraz buraxmışdı.